ABŞ-ın Virciniya Universitetində Azərbaycana həsr edilmiş müzakirələr keçirilib - FOTO

ABŞ-ın Virciniya Universitetində Azərbaycana həsr edilmiş müzakirələr keçirilib - <span style="color: red;">FOTO
# 11 aprel 2015 04:24 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çoxsaylı tələbə və müəllim-professor heyəti ilə yanaşı səfir Elin Süleymanov da iştirak edib.

Çıxış edən azərbaycanlı diplomat Azərbaycanın tarixi, müasir dövrü və ABŞ-Azərbaycan ikitərəfli münasibətləri barədə məlumat verib. Ölkəmizin hazırkı uğurlarından danışan E.Süleymanov bu uğurların əsasının hələ ötən əsrin 90-cı illərinin ortalarından Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O, bu dövrdə məhz Heydər Əliyevin apardığı siyasət nəticəsində irihəcmli xarici sərmayələrin Azərbaycan iqtisadiyyatına daxil olduğunu və ölkədə iqtisadi inkişafın əsasının qoyulduğunu qeyd edib.

E.Süleymanov Azərbaycanda davam etməkdə olan inkişaf layihələri barədə məlumat verdikdən sonra, regionun ümumi inkişafına ciddi maneə olan Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı barədə də məlumat verib.

Daha sonra Tədbirin aparıcısı, Universitetin Rusiya və Avrasiya məsələləri üzrə proqramının professoru Alen Linç və regionumuzla maraqlanan tələbələr tərəfindən Azərbaycanın enerji siyasəti və regional siyasi məsələlərə dair suallar səsləndirilib.

Tədbir çıxışlardan sonra Azərbaycan milli mətbəxinin, eləcə də milli mədəniyyət nümunələrinin nümayişi ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR