Niderlandda Türkiyə-Azərbaycan diaspor təşkilatının ofisinə hücum edən PKK tərəfdarlarından üçü saxlanılıb

Niderlandda Türkiyə-Azərbaycan diaspor təşkilatının ofisinə hücum edən PKK tərəfdarlarından üçü saxlanılıb
# 27 iyun 2016 11:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Niderland Krallığında Türkiyə və Azərbaycanın diaspor missiyasını həyata keçirən təşkilatın ofisinə hücum edənlərdən bir neçəsi saxlanılıb.

Krallıqdakı Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın APA-ya bildirib ki, hadisə ilə bağlı Dordrecht polisi 3 nəfəri saxlayıb, digərlərinin yaxalanması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Saxlanılanların kimliyi istintaq sirri olduğu üçün açıqlanmır.

Qeyd edək ki, iyunun 23-də yerli vaxtla saat 21.00-22.00 arası 30 silahlı şəxslər tərəfindən Dordrecht şəhərində yerləşən Ayasofya cami və Hilal Vakfi (Bozqurdçular) təşkilatının mərkəzi ofisinə hücum olub, ofis dağıdılıb, təşkilatın bir əməkdaşı başından güllələnməklə ağır yaralanıb, digərinə xəsarət yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR