İranın Buşəhr vilayətində baş vermiş zəlzələdə 215 nəfər xəsarət alıb, 300 evə ciddi ziyan dəyib

İranın Buşəhr vilayətində baş vermiş zəlzələdə 215 nəfər xəsarət alıb, 300 evə ciddi ziyan dəyib
# 29 noyabr 2013 08:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gün axşam saatlarında İranın cənubundakı Buşəhr vilayətində 5,7 bal gücündə baş vermiş zəlzələ nəticəsində ümumilikdə üç şəhərdə 215 nəfər yaralanıb və xəsarət alıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, episentri Borazcan şəhəri olan təbii fəlakət nəticəsində ölənlərin sayı isə 8 nəfərdir. Təbii fəlakət 300 evə ciddi ziyan vurub, kommunikasiya xətləri sıradan çıxıb.

Xəsarət alan sakinləri müalicə etmək üçün ərazidə səyyar xəstəxanalar qurulub və ilkin ambulator müayinə həyata keçirilib. Ümumilikdə 150 nəfər ambulator müayinə olunub. Bəzi kəndlərə isə avtomobil yollarınının dağılması səbəbindən helikopterlərlə yardım göstərilib. Borazcandan təxminən 60 kilometr məsafədə yerləşən Buşəhr Atom-Elektrik Stansiyasının (AES) zəlzələdən təsirlənmədiyi açıqlanıb. Kiçik təkanlar davam etdiyindən, yerli sakinlər evlərinə qayıtmayıblar və küçə və meydanlarda gecələməli olublar. Ümumilikdə 21 kiçik təkan qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR