Azərbaycana idxal olunan dərman vasitələrinə nəzarət markası alınması üçün Səhiyyə Nazirliyinə haqq ödəniləcək

Azərbaycana idxal olunan dərman vasitələrinə nəzarət markası alınması üçün Səhiyyə Nazirliyinə haqq ödəniləcək
# 09 iyul 2015 03:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının ərazisinə idxal edilən dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələri və dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları nəzarət markası ilə markalanmalıdır.

Nəzarət markası dərman vasitələrinə münasibətdə Səhiyyə Nazirliyi, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə münasibətdə Müəllif Hüquqları Agentliyi, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir. İndiyə qədər nəzarət markasının verilməsi barədə qərar qəbul olunduqdan sonra ərizədə göstərilən növdə və sayda nəzarət markası 3 iş günü müddətində (ərizəçinin audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə Müəllif Hüquqları Agentliyinə haqq ödəməsi barədə sənədin Müəllif Hüquqları Agentliyinə təqdim edildiyi tarixdən ) ərizəçiyə təhvil verilib.

Dəyişikliyə əsasən bundan sonra ərizəçi audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə tək Müəllif Hüquqları Agentliyinə deyil, müvafiq olaraq Səhiyyə Nazirliyinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Müəllif Hüquqları Agentliyinə haqq ödəyəcək. Nəzarət markasının verilməsi barədə qərar qəbul olunduqdan sonra ərizədə göstərilən növdə və sayda nəzarət markası 3 iş günü müddətində (ərizəçinin audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə Müəllif Hüquqları Agentliyinə haqq ödəməsi barədə sənədin aidiyyəti üzrə Səhiyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ya Müəllif Hüquqları Agentliyinə təqdim edildiyi tarixdən ) ərizəçiyə təhvil veriləcək.

Qeyd edək ki, 1 ədəd nəzarət markasının alınmasına görə ödənilən haqq 15 qəpikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR