BMT baş katibi Ukraynada baş verən hadisələrdən narahatlığını bildirib

BMT baş katibi Ukraynada baş verən hadisələrdən narahatlığını bildirib
# 08 aprel 2014 10:05 (UTC +04:00)

Anaxanım Hidayətova - APA. BMT-nin baş katibi Pan Gi Mun Ukraynada baş verən hadisələrlə bağlı narahatlığını bildirib.

APA-nın BMT İnformasiya Mərkəzinə istinadən yaydığı xəbərə görə, bu barədə BMT mətbuat katibinin müavini Farhan Xak bildirib.

Onun sözlərinə görə, baş katib Şərqi Ukraynada baş verən hadisələrlə bağlı bütün məsuliyyət daşıyan tərəfləri gərginliyi aradan qaldırmaq üçün addımlar atmağa, xalqı vəziyyəti sabitləşdirmək məqsədilə öz fikirlərini dinc şəkildə ifadə etməyə çağırıb.

F.Xak qeyd edib ki, hazırda Ukraynada, BMT-nin insan hüquqlarını müdafiə edən missiyası fəaliyyət göstərir: “Missiya beynəlxalq heyətdən ibarətdir. Hazırda milli ekspertlər cəlb olunur. Missiyanın sahə ofisləri isə Odessa, Lvov, Donetsk və Xarkovda fəaliyyət görsətdir. Missiyanın rəhbəri BMT-nin insan hüquqları sahəsində təcrübəli əməkdaşı Armen Aratyunyan təyin olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR