Azərbaycanda ən çox ahıl pensiyaçı Gədəbəy rayonunda yaşayır

Azərbaycanda ən çox ahıl pensiyaçı Gədəbəy rayonunda yaşayır
# 01 oktyabr 2013 09:15 (UTC +04:00)

Beynəlxalq Ahıllar Gününə həsr olunan dəyirmi masada keçirilib

Bakı. Gülnar Bəşirova - APA. “Azərbaycanda ahıl pensiyaçıların ən çox yaşadığı rayon Gədəbəydir”.

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 1 oktyabr Beynəlxalq Ahıllar Gününə həsr olunan dəyirmi masada deyib. O bildirib ki, bu gün ahılların yaşam şəraitinin yaxşılardırılmasında onların gəlirləri, xüsusən pensiya gəlirləri əsas rol oynayır: “Amma bununla yanaşı, bizim apardığımız araşdırmalar göstərir ki, ayrı-ayrı sosial iqtisadi, ekoloji problemlər də insanların uzun ömürlülüyünə və normal yaşamasına təsir edir. Ayrı-ayrı bölgələrimiz üzrə həyata keçirdiyimiz tədqiqatlarımızın nəticələri göstərir ki, ahıl pensiyaçıların ən çox yaşadığı rayon Gədəbəydir. Pensiyaçıların 40%-i 70 yaşdan yuxarıdır. İkinci və üçüncü yerləri Quba, Qusar və Qobustan rayonları tutur. Qubada 36, 4%, Qusar 36, 2%, Qobustanda isə 35 % göstəricilərdir. Burada ekoloji problemlər ən çox rol oynayan problemlər sırasındadır”.

S. Müslümovun sözlərinə görə, ahıllarla bağlı az göstəricilər işğal olunmuş rayonlar üzrədir: “Xocalıdan olan pensiyaçıların yalnız 13 % ahıl yaşdadır, Cəbrayılda 18,6%, Şuşa, Xocavənddə onlardan fərqli olaraq 20 %-ə yaxın rəqəmdir. Daha sonra isə respublika tabeli şəhərlərdir - Naftalan (23,9%), Mingəçevir (21,4%), Lənkəran (25%). Ölkə üzrə bizim pensiyaçılarımızın 27-si %, yaşa görə pensiya alanlarımızın 40 %-i ahıl yaşda olanlardır”.

Dövlət Sosial Müdafiə Fondunun sədri onu da qeyd edib ki, Fondun əldə etdiyi gəlirlər bu ilin 9 ayı içərisində proqnozla nəzərdə tutulandan təqribən 120 milyon manat çoxdur: “Bu da onu göstərir ki bu gün artıq pensiyaların maliyyələşdirilməsi qrafiklə həyata keçirilir. Biz bütün pensiyaçıların pensiyalarını hər ay vaxtında ödəyirik. Bakı şəhərində hər ayın 10-a, qaçqın və məcburi köçkün rayonlarında 13-ə, digər tabeli şəhərlərdə 15-ə, digər yerlərdə 20-yə qədər ödəyə bilirik. Bütü pensiyaların ödənişini tamamilə avtomatlaşdırmışıq. Bütün pensiyaçılar plaktik kartla təmin olunublar. Yerlədə 701 ədəd artıq bankomat quraşdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR