İranda casusluqda şübhəli bilinən Fransa vətəndaşı həbs edilib

İranda casusluqda şübhəli bilinən Fransa vətəndaşı həbs edilib
# 27 yanvar 2014 08:30 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, onun Tehrandakı hərbi hissələrdən birinin yaxınlığında tutulduğu bildirilir. Xəbərdə deyilir ki, Fransa vətəndaşı saxlanıldığı zaman turist olduğunu söyləsə də, heç bir sənəd təqdim edə bilməyib. Hələlik onun ad və soyadı açıqlanmayıb.

Qeyd edək ki, bir müddət əvvəl də fransız qadın Klotilda Rais İranda casusluq ittihamı ilə həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR