AMEA-nın daha bir institut direktoru vəzifəsindən azad olunub

AMEA-nın daha bir institut direktoru vəzifəsindən azad olunub
# 09 aprel 2014 14:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev tutduğu vəzifədən azad edilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu haqda qərar Rəyasət Heyətinin iclasında təsdiq olunub.

M. Babayev vəzifəsindən öz xahişi ilə azad olunub. Digər bir qərarla institutun direktoru vəzifəsini aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədov icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR