Azay Quliyev Lissabona səfər edəcək

Azay Quliyev Lissabona səfər edəcək
# 17 dekabr 2013 10:21 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev dekabrın 17-dən 20-dək Portuqaliyanın Lissabon şəhərində səfərdə olacaq.

APA-nın xəbərinə görə, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşin dəvəti ilə gerçəkləşən səfər zamanı millət vəkili ATƏT PA-da təhlükəsizlik məsələləri və münaqişələrin həlli ilə bağlı keçiriləcək müzakirələrdə iştirak edəcək, eyni zamanda Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR