Azərbaycanlı iş adamları Keniyada keçiriləcək Afrika Beynəlxalq İxrac və İdxal Sərgisinə dəvət olunub

Azərbaycanlı iş adamları Keniyada keçiriləcək Afrika Beynəlxalq İxrac və İdxal Sərgisinə dəvət olunub
# 26 aprel 2014 13:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Keniyada VII Afrika Beynəlxalq İxrac və İdxal Sərgisi keçiriləcək.


İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, VII Afrika Beynəlxalq İxrac və İdxal Sərgisi avqustun 18-20-də Nayrobi şəhərində baş tutacaq.

Azərbaycanlı iş adamları və sahibkarlar sərgidə iştirak edə bilərlər. Sərgidə iştirak etməkdə maraqlı olan sahibkarlar və işgüzar dairələr İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR