Azərbaycan prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO - FOTOSESSİYA

Azərbaycan prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 12 dekabr 2013 07:11 (UTC +04:00)

APA-nın məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyub.


Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində prezidentin ailə üzvləri, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bu gün hökumət üzvləri, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət edirlər.

Qeyd edək ki, səhər saatlarından paytaxt sakinləri Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edir, mərhumun xatirəsini ehtiramla yad edirlər.

Bu gün Heydər Əliyevin vəfatından 10 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR