Putin Sergey Aksyonovu Krımın qubernatoru təyin edib

Putin Sergey Aksyonovu Krımın qubernatoru təyin edib
# 14 aprel 2014 18:31 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Putin bu gün Aksyonovla görüş zamanı bəyan edib.

“Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq qubernatorun səlahiyyətlərini icra edəni təyin etmək lazımdır. Bu gün bu barədə müvafiq fərman imzalanacaq”, - deyə Putin bildirib.

Putin həmçinin Krım qanunverici orqanlarına seçkilərin sentyabrın 14-də baş tutacağını bəyan edib.

Aksyonov, öz növbəsində, Krımın seçkilərə hazır olduğunu vurğulayıb.

Bundan əvvəl, Krımın Dövlət Şurası Putinə regiona başçılıq etmək üçün Aksyonovun namizədliyini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR