Bakı 2015 ilk Avropa Oyunlarına geriyə sayımın başlanması münasibətilə təntənəli tədbir keçirilib - FOTOSESSİYA

Bakı 2015 ilk Avropa Oyunlarına geriyə sayımın başlanması münasibətilə təntənəli tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 12 iyun 2014 22:41 (UTC +04:00)

APA-nın məlumatına görə, “Buta Palace”də təşkil olunmuş tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bölgədə sülh və sabitliyin təmin olunmasına bir növ tövhə verəcək. Nazirin sözlərinə görə, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkə üçün gələcəkdə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanı yaradır. “Avropa Oyunlarının Bakıda keçirilməsi dünyanın diqqətini Azərbaycana yönəldəcək və idmanın təbliğində Azərbaycanın böyük rol oynadığını bir daha nümayiş etdirəcək. Azərbaycan və Bakı artıq dünyanın turizm və idman mərkəzinə çevrilib”, deyə nazir bildirib.

Daha sonra çıxış edən Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki Bakı 2015 ilk Avropa Oyunlarının dünya miqyaslı yarış olacağına əmin olduğunu bildirib. Onun sözlərinə görə, Avropa Oyunlarına hazırlıq işləri qrafikə uyğun aparılır və vaxtında sona çatdırılacaq.

“Bakı və Azərbaycanın ürəyi idmanla döyünür, bütün azərbaycanlıların qəlbində idmana sevgi var. Bakıda müasir idman obyektləri ucaldılır. Bakı 2015 ilk Avropa Oyunlarının bütün qitəyə müsbət təsiri olacaq”, deyə AOK rəhbəri bildirib.

Xatırladaq ki, Avropa Oyunları 2015-ci ilin iyunun 12-dən 28-dək Bakıda keçiriləcək .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR