BMT baş katibi ilə İran xarici işlər nazirinin müavini arasında görüş keçirilib

BMT baş katibi ilə İran xarici işlər nazirinin müavini arasında görüş keçirilib
# 15 yanvar 2014 17:19 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, BMT baş katibi bildirib ki, İranın Suriya böhranının həllində mühüm rol oynaya biləcək biləcək bir ölkədir: “Bu baxımdan Suriya böhranının həlli məqsədilə Cenevrədə keçirilməsi planlaşdrılan konfransda iştirakı zəruridir. BMT də İranın bu konfransa qatılmasını dəstəkləyir”. P.G.Mun həmçinin İranı ötən üç ildə Suriya xalqına humanitar yardımlar göstərdiyinə görə təqdir edərək, bu ölkənin region proseslərdə təsiredici və əsaslı ölkə olaraq rolunu müsbət qiymətləndirib.


İran xarici işlər nazirinin müavini isə öz növbəsində İraq və Əfqanıstan böhranının həllində ölkəsinin konstruktiv roluna toxunaraq, rəsmi Tehranın Suriya xalqına kömək etməyə və bu ölkədəki qarşıdurmaların azalmasına yardım göstərməyə hazır olduğunu vurğulayıb. H.Ə.Abdullahiyan həmçinin İranın Cenevrə konfransında heç bir şərt irəli sürülmədən iştirak edə biləcəyini bildirib: “İran indiyədək Suriya böhranı ilə üç beynəlxalq konfrans təşkil edib. İran son iki il ərzində Suriya xalqına hər cür qida və dərman yardımı göstərməyi özünün prioriteti sayıb”.

Eyni zamanda nazir müavini Suriyanın daxili məsələlərinə istənilən müdaxiləni qəbuledilməz sayıb: “İran hesab edir ki, Suriya böhranının yalnız siyasi həll yolu var. Suriya böhranının heç bir hərbi həll yolu yoxdur. Xarici qüvvələrin bölgəyə müdaxiləsi mövcud böhranın yüngülləşdirilməsinə heç bir köməyi olmayacaq, əksinə vəziyyəti daha da dolaşıq hala gətirib çıxaracaq. Suriyada terrorizm və radikalizm fenomeninin qarşısının alınması və bütün tərəflərin siyasi həll yoluna sadiq qalması və suriyalı-suriyalı danışıqların icra olunması bu məsələdə uğurun əldə olunmasının şərtidir. Bu ölkə xalqı öz müqəddəratını müəyyənləşdirməkdə əsas qərar çıxaran tərəfdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR