Goranboyda naməlim avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda naməlim avtomobil piyadanı vuraraq öldürüb
# 28 may 2014 09:16 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Baş Dövlət Yol Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 340-cı kilometrliyində, rayonun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Muzdurlar kənd sakini, 22 yaşlı Ağaasif Quliyev yolu keçmək istəyərkən naməlum avtomobil tərəfində vurulub.

Yarlı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Şahidlərin bildirdiklərinə görə, qəzanı qara rəngli “VAZ 2107” markalı avtomobilin törətdiyini bildiriblər.

Faktla bağlı cinayət işi açılıb. Qəzanı törədən sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR