Nobel prospektində yol qəzası baş verib - FOTO - VİDEO

Nobel prospektində yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 28 may 2014 21:13 (UTC +04:00)

APA-nın məlumatına görə, “KİA”markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya sürücünün yağışlı havanı nəzər almaması səbəb olub. Avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb.

Qəza ilə bağlı yolda yaranan tıxac aradan qaldırılıb, nəqliyyatın intensiv hərəkəti təmin olunub. Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR