İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib - FOTO

İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 28 oktyabr 2013 11:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, müşavirədə Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi göstəriciləri, İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə bağlı qarşıda duran vəzifələr və s. məsələlər müzakirə edilib.

Müşavirədə çıxış edən nazir Şahin Mustafayev son 10 ildə qazanılmış iqtisadi uğurlar barədə məlumat verib, bu uğurların 2013-cü ilin 9 ayında da davam etdiyini qeyd edib.

Nazir Ş.Mustafayev prezidenti İlham Əliyevin andiçmə mərasimindəki proqram xarakterli çıxışında ölkəmizin qarşıdakı illərdə inkişaf istiqamətlərini müəyyənləşdirildiyini diqqətə çatdırıb. Belə ki, dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini, iqtisadi islahatların davam etdirilməsini, uğurlu inkişaf tempinin saxlanılması və artırılmasını, iqtisadiyyatın hər bir sahəsinin inkişafı ilə bağlı olan proqramların icra edilməsini, iqtisadiyyatın artımına qeyri-neft sektorunun inkişafı hesabına nail olunmasını, sənayeləşmə siyasətinin davam etdirilməsini, ağır sənayenin inkişafı ilə bağlı böyük layihələrin icra edilməsini, texnoparkların, sənaye zonalarının yaradılmasının davam etdirilməsini, investisiyaların cəlb edilməsi və xarici bazarlara investisiyaların qoyulmasını, sahibkarlığın inkişafını, daxili istehsalçılara daha əlverişli şəraitin yaradılması və s. kimi hədəflər müəyyən edib.

Həmçinin, dövlət başçısı qarşıya sosial siyasətin prioritetliyi, sosial proqramların icrası, sosial infrastrukturun daha da inkişaf etdirilməsi, yoxsulluğun azaldılması, iqtisadiyyatın demoqrafik inkişafla uzlaşdırılması, ərzaq təhlükəsizliyinin tam təmin edilməsi kimi qarşıya mühüm vəzifələr qoyub. Dövlət başçısı növbəti 5 il ərzində kənd təsərrüfatının inkişafı, böyük suvarma layihələrinin icrası, İKT-nin inkişafı siyasətinin davam etdirilməsi, elektron xidmətlərin sayının artırılması, məmur-vətəndaş münasibətlərinə xüsusi diqqət göstərilməsi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlar verib. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına, xalqımızın həyat səviyyəsinin yüksəlməsinə, ən başlıcası isə insan amilinə xidmət edir.

Müşavirədə nazir Ş.Mustafayev prezidentin «Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında» 22 oktyabr tarixli sərəncamının Nazirliyin qarşısında mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb, bu vəzifələrin icrası üçün Nazirliyin fəaliyyətinin səmərəli təşkili istiqamətində müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR