“Haqsız rəqabət haqqında” qanunu pozan fiziki şəxsə maliyyə sanksiyası tətbiq edilib

“Haqsız rəqabət haqqında” qanunu pozan fiziki şəxsə maliyyə sanksiyası tətbiq edilib
# 22 oktyabr 2013 08:09 (UTC +04:00)

Bakı – APA. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə fiziki şəxs Dəyanət Həsənov barəsində 5,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Bu barədə APA-ya İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, fiziki şəxs Həsənov Dəyanət Cəfər oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan süd məhsullarının istehsal edildiyi müəyyənləşdirilib. Qanun pozuntuları ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən D. Həsənov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR