Ağsu və Xırdalanda yanğın hadisəsi olub

Ağsu və Xırdalanda yanğın hadisəsi olub
# 06 noyabr 2013 00:50 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 5-də axşam saatlarında bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlədə baş vermiş yanğın nəticəsində tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və tövlənin içərisinə yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus həyətdə baş verib. Nəticədə həyətdə quraşdırılmış elektrik sayğacı və 2 p.m kabel yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR