Azərbaycanda məhkumlar müavinətlərini tam məbləğdə ala biləcəklər

Azərbaycanda məhkumlar müavinətlərini tam məbləğdə ala biləcəklər
# 30 sentyabr 2013 10:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, Sosial siyasət komitəsinin sədri komitə sədri Hadi Rəcəbli layihə barədə məlumat verib.

Dəyişikliyə əsasən qanunun 10-cu maddəsində sosial müavinətlərin təyin edilməsi və ödənilməsi ayrılaraq ayrı-ayrı maddələrdə verilir. 10-cu maddədə sosial müavinətin təyin edilməsi ayrıca, əlavə olunan 10.1-də sosial müavinətlərin ödənilməsi ayrıca verilir. Eyni zamanda yeni 10.1-ci maddədə ayrıca qeyd olunan sosial müavinətlərin ödənilməsində yeniliklər də var. Yeniliklərə əsasən müavinətlər tam olaraq ödəniləcək.

Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara müavinət, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Digər yenilik isə ondan ibarətdir ki, sosial xidmət müəssisəsində yaşayan, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən, çətin həyat şəraitində olan şəxslərə təyin edilmiş müavinət onların qəyyumlarına və ya himayədarlarına ödənilir.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR