Ötən il Azərbaycanda 1525 nəfər qidadan zəhərlənib

Ötən il Azərbaycanda 1525 nəfər qidadan zəhərlənib
# 13 yanvar 2014 08:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyi 2013-cü il ərzində Azərbaycanda qeydə alınan zəhərlənmələrin statistik göstəricilərini açıqlayıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, ötən il ərzində Azərbaycanda əhali arasında 1278 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 1525 nəfər zərər çəkib. Onun sözlərinə görə, 12 ay ərzində 31 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində də 42 nəfər zərər görüb. Qida zəhərlənməsi nəticəsində 4 ölüm faktı qeydə alınıb. Bunlardan 2-si botulizm hadisəsi, digər 2-si isə qeyri-mənşəli (çöldən yığılan göbələk vasitəsilə) zəhərlənmə nəticəsində qeydə alınıb.

2013-cü ildə 2012-ci illə müqayisədə zəhərlənmə hadisələrinin və zərərçəkənlərin sayı artıb. Belə ki, 2012-ci ildə Azərbaycanda əhali arasında 1193 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 1466 nəfər zərər çəkib. 12 ay ərzində 26 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində də 40 nəfər zərər görüb. Qida zəhərlənməsi nəticəsində 3 ölüm faktı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR