Azərbaycan prezidenti Bakıda keçirilən beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri ilə tanış olub

Azərbaycan prezidenti Bakıda keçirilən beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri ilə tanış olub
# 22 may 2013 15:59 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, “WorldFood Azerbaijan-2013” və “Agrihort Azerbaijan-2013” sərgiləri regionda tanınmış tədbirlər kimi ildən-ilə daha çox tərəfdaş toplayır, kənd təsərrüfatı məhsullarının istehsal və emal proseslərində yeni texnologiyaların tətbiqi ilə yanaşı, bu sahənin inkişafına və təkmilləşdirilməsinə, yerli və xarici iş adamları üçün işgüzar mühit yaratmaqla biznes əlaqələrinin qurulmasına və genişləndirilməsinə xidmət edir.

Bildirilib ki, budəfəki sərgidə 30-dan çox ölkədən 180-dək şirkət iştirak edir. Sərginin ekspozisiya sahəsinin ötən ilə nisbətən 40% artması bu tədbirə marağın ildən-ilə artdığını göstərir. Yerli şirkətlər də sərgidə fəal iştirak edirlər. Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstəyi ilə keçirilən “WorldFood Azerbaijan-2013” sərgisinin təşkilatçıları qismində “Iteca Caspian” MMC və “ITE Group plc” şirkətləri çıxış edirlər.

Azərbaycan prezidenti sərgilərin pavilyonları ilə tanış olub və sərgilərin işinə uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR