Azərbaycanda gələn il sadələşdirilmiş vergi üzrə daxilolmanın 11% artacağı gözlənilir

Azərbaycanda gələn il sadələşdirilmiş vergi üzrə daxilolmanın 11% artacağı gözlənilir
# 09 oktyabr 2013 09:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda gələn il dövlət büdcəsinə sadələşdirilmiş vergi şəklində 130 mln. manat həcmində vəsaitin daxil olacağı proqnozlaşdırılır.

«APA-Economics»in xəbər verdiyi kimi, bu, «Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı»nda deyilir.

Bu, 2012-ci ilin faktiki nəticəsi ilə müqayisədə 18,6 mln. manat və ya 16,7%, bu ilin təsdiq olunmuş proqnozuna nisbətən isə 13,0 mln. manat və ya 11,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR