Ov tüfəngi ilə ehtiyatsız davranan Şəki sakini özünü yaralayıb

Ov tüfəngi ilə ehtiyatsız davranan Şəki sakini özünü yaralayıb
# 02 fevral 2014 08:46 (UTC +04:00)
Şəki. Vüqar Heydərov – APA. Şəki sakini ehtiyatsızlıqdan özünü güllələyib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aran kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Azər Tupik oğlu Məmmədov yaşadığı evin həyətində ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində atəş açılıb və güllə onun ayağına dəyib. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR