ARDNŞ: Yeni tikiləcək zavodların əraziləri minalardan təmizlənir

ARDNŞ: Yeni tikiləcək zavodların əraziləri minalardan təmizlənir
# 13 yanvar 2014 14:51 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yaxın vaxtlarda kompleksin inşası üçün ayrılmış ərazidə torpaq-tikinti işlərinin aparılması və inşaat texnikasının cəlb edilməsi nəzərdə tutulub.

Həmin ərazilərin müəyyən hissəsi bir vaxtlar SSRİ Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələrinin Bakı Hərbi Dairəsinə (30 hektar) və Müdafiə Nazirliyinin Xəzər Donanmasına (50 hektar) məxsus olub. Hazırda qeyd olunan torpaq sahələrində mina və partlamamış hərbi sursatların olması ehtimalı araşdırılır.

Bununla əlaqədar yerli və beynəlxalq təcrübə nəzərə alınıb və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) detallı araşdırmanın həyata keçirilməsi işlərinə cəlb edilib. ANAMA tərəfindən 30 hektarlıq (265 min kv. metr ərazidə işlər başa çatdırılıb) ərazidə əməliyyat işləri aparılıb, 50 hektarlıq ərazidə isə işlərə başlanılıb (15 min kv. metr ərazidə işlər başa çatdırılıb).

Qeyd edək ki, təmizlənmiş ərazilərdən bir neçə partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Ərazidə təmizləmə işlərinin 6 ay müddətində aparılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR