«Elmlər Akademiyası» metro stansiyasında yeni keçidin inşası qatar hərəkəti dayandırılmadan aparılacaq - FOTO

«Elmlər Akademiyası» metro stansiyasında yeni keçidin inşası qatar hərəkəti dayandırılmadan aparılacaq - <span style="color: red;">FOTO
# 24 yanvar 2014 14:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının ikinci giriş-çıxışının tikintisi işləri davam etdirilir. Ərazinin mürəkkəb hidrogeoloji şəraiti məlum olsa da, burada müasir üsulların tətbiqi ilə maili və piyada tunellərinin tikintisi tamamlanıb. İnşaatı aparan «Azərtunelmetrotikinti» ASC indi stansiya tunelləri və platforma üzərində tikinti aparır. Qarşıdakı müddətdə tunel tavanı sökülməklə keçidin platformanın orta zalına tam birləşdirilməsinə başlanılacaq.

«APA-Ecnomics»in məlumatına görə, metropoliten rəhbərliyi burada qatar hərəkətini dayandırmadan keçidin inşasını tamamlamaq niyyətindədir. Bu məqsədlə baş mühəndis Fuad Tağızadənin sədrliyi, rəis müavinləri Rizvan Bayramov və Arif Rəsulov, eləcə də istehsalat-texniki şöbə və tikilən metropoliten müdiriyyəti, tunel qurğuları, elektrik təchizatı, elektromexanika xidməti, «Bakımetrolayihə» İnstitutu və tikintini aparan «Azərtunelmetrotikinti» ASC-nin məsul şəxslərinin iştirakı ilə Texniki Şuranın iclası keçirilib.

Hazırkı mərhələdə tunelin tübinqləri çıxarılacaq hissəsində üzlük təhlükəsiz qaydada sökülməlidir. Sanitar-gigiyenik tələblər və sərnişin təhlükəsizliyi nəzərə alınaraq, söküntü-inşaat işləri sahəsi platformanın orta zalından xüsusi çəpərlə ayrılıb.

«Bakımetrolayihə»nin verdiyi layihəyə əsasən, tunelin tavan hissəsində asma tavan quraşdırılacaq, dəmir-beton konstruksiyaları yığılacaq. Hazırda işlərin dəqiq qrafikinin tutulması üzərində razılaşdırma və məsləhətləşmələr aparılır.

Tikintinin sifarişçisi, tikilən metropoliten müdiriyyətinin rəisi və metropoliten rəisinin müavini Arif Rəsulov qeyd edib ki, vestibülün inşası ilə bağlı məsələlər də artıq həllini tapıb. Tikinti ilə əlaqədar ətraf ərazidə görüləcək işlər üçün müvafiq dövlət orqanlarından müsbət cavab alınıb və inşaatın hazırlıq tədbirlərinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR