«Turanbank» neftçilər üçün kreditlərini ucuzlaşdırıb

«Turanbank» neftçilər üçün kreditlərini ucuzlaşdırıb
# 19 sentyabr 2013 14:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «Turanbank» ASC Neftçilər Günü ilə əlaqədar neft-qaz sənayesində çalışan mütəxəssislər üçün sentyabrın 20-24-də bankın mövcud istehlak kreditlərinin illik faizlərində 2% endirim edir.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, göstərilən tarixlərdə «Turanbank»ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR