İsmayıllı rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

İsmayıllı rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq
# 19 avqust 2013 10:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İsmayıllı rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar sabah avqustun 20-də saat 10:00-dan 16:00-dək “Talıstan” Qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə İsmayıllı şəhərinin bir hissəsi daxil olmaqla rayonun Təzəkənd, Birinci Yeniyol, İkinci Yeniyol və Talıstan kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR