Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılacaq

 Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılacaq
# 22 aprel 2014 12:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Kamboca Krallığının baş naziri Hun Senin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən APA-ya verilən məlumata görə, O. Əsədov bu səfərin Azərbaycanla Kamboca arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümünə təsadüf etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Kambocada Azərbaycanın səfiri fəaliyyət göstərir, bu günlərdə isə Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması nəzərdə tutulub.

Spiker deyib ki, Azərbaycan Kamboca ilə bütün sahələrdə əməkdaşlığa önəm verir: “Bunun üçün iki ölkə arasında bir sıra vacib sənədlərin imzalanmasına hazırlıq gedir”.

Azərbaycanda ilk dəfə 32 il əvvəl olduğunu deyən Hun Sen iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinin qeyd olunduğu il yenidən Bakıya gəlməsini əlamətdar hadisə kimi dəyərləndirib. Kambocanın Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu söyləyən qonaq iki ölkə arasında investisiya qoyuluşu ilə bağlı imzalanması nəzərdə tutulan sənədin əhəmiyyətindən danışıb. Hun Sen Kambocada azərbaycanlı iş adamlarının investisiya yatırmasında maraqlı olduqlarını və neft-qaz mütəxəssislərinin hazırlanmasında Azərbaycanın təcrübəsini öyrənmək istədiklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR