Bakı-Ceyhan kəməri Azərbaycan neftinin ixracı 4% artıb

Bakı-Ceyhan kəməri Azərbaycan neftinin ixracı 4% artıb
# 06 dekabr 2013 14:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 327 099 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.

Bu ilin yanvar-noyabr aylarında bu kəmərlə 27 267 792 ton neft ötürülüb ki, bu da ötən ilin 11 ayı dövrü ilə müqayisədə 0,2% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il dekabrın 1-ə qədər BTC-yə 232 719 606 ton neft vurulub.

Bundan başqa, cari ilin noyabr ayında BTC kəməri ilə 185 540 ton Türkmənistan nefti, 243 683 ton isə Qazaxıstan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR