Kənd təsərrüfatı naziri Heydər Əsədov Şəkidə vətəndaşlarla görüşüb - VİDEO

Kənd təsərrüfatı naziri Heydər Əsədov Şəkidə vətəndaşlarla görüşüb - <span style="color: red;">VİDEO
# 20 dekabr 2013 14:15 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Kənd təsərrüfatı naziri Heydər Əsədov Şəkidə şimal-qərb bölgəsinin sakinlərini qəbul edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsində baş tutan görüşdə nazirlə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar görüşüb, onların müraciətləri dinlənilib. Görüşdə səsləndirilən əsas müraciətlər kənd təsərrüfatı subyektlərinə kreditlərin ayrılması, subsidiyalara nəzarət, yeni kombaynların gətirilməsi, süni mayalanma yolu ilə heyvandarlığın inkişafı olub.

H.Əsədov sakinlərin təklif və şikayətlərini dinlədikdən sonra, səsləndirilən məsələlərin həll olunması üçün Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturlarına tapşırıqlar verib. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR