Avropa Komissiyasının Azərbaycana ayırdığı 13 mln. avro qrantdan istifadə üzrə Tədbirlər Planının icra müddəti artırılıb

Avropa Komissiyasının Azərbaycana ayırdığı 13 mln. avro qrantdan istifadə üzrə Tədbirlər Planının icra müddəti artırılıb
# 29 dekabr 2013 09:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Avropa Komissiyasının Azərbaycan Respublikasına energetika sahəsində islahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 16 dekabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.

APA-nın verdiyi məlumata görə, dəyişiklik “Avropa Komissiyasının Azərbaycan Respublikasına energetika sahəsində islahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın icra müddətinin artırılması ilə bağlıdır.

Dəyişikliyə əsasən, 2010-2011-ci illərdə icra edilməli olan “Energetika sahəsində İslahatlara Dəstək Proqramı”nın həyata keçirilməsinə dəstək layihəsi (5,45 mln. avro), Alternativ və bərpa olunan enerji mənbələrindən (ABOEM) istifadənin və enerjidən səmərəli istifadənin (ESİ) genişlənməsinə dəstək layihəsi (1,0 mln. avro), Energetika sahəsində rəsmi statistikanın təkmilləşdirilməsi (250,0 min avro) və dövlət maliyyəsinin idarə olunmasının (DMİ) təkmilləşdirilməsinə dəstək layihəsinin (1,0 mln. avro) icra müddəti 2010-2014-cü illər müəyyənləşdirilib. 2011-2012-ci illərdə icra edilməli olan ABOEM və ESİ üzrə pilot investisiya layihələrinin həyata keçirilməsinin (5,0 mln. avro) icra müddəti isə 2013-2015-ci illər müəyyənləşdirilib.

“Energetika sahəsində İslahatlara Dəstək Proqramı”nın həyata keçirilməsinə dəstək layihəsi, ABOEM-dən istifadənin və ESİ-nin genişlənməsinə dəstək layihəsi, ABOEM və ESİ üzrə pilot investisiya layihələrinin həyata keçirilməsi üzrə benefisiar təşkilat da dəyişib. Bu sahədə Energetika Nazirliyi üçün müəyyən edilmiş vəzifələri Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR