Yaşlı anasını qətlə yetirən, atasını isə ağır yaralayan şəxsin şikayəti təmin edilməyib

Yaşlı anasını qətlə yetirən, atasını isə ağır yaralayan şəxsin şikayəti təmin edilməyib
# 06 fevral 2014 08:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirməkdə, atasını isə ağır yaralamaqda təqsirləndirilən Aqil Mirzəyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, A. Mirzəyev 75 yaşlı atası Nəriman Mirzəyevə və 72 yaşlı anası Tərlan Mirzəyevaya kəsici alətlə çoxsaylı xəsarətlər yetirib.

Bundan sonra A.Mirzəyev evi yandıraraq hadisə yerindən qaçıb. Qonşuların köməkliyi ilə ərlə arvad yanan evdən çıxarılsa da, qadının həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Mirzəyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR