“Reuters” agentliyi Azərbaycan haqqında material dərc edib

“Reuters” agentliyi Azərbaycan haqqında material dərc edib
# 06 oktyabr 2013 04:49 (UTC +04:00)

Bakı-APA. “Reuters” agentliyi Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkəmiz haqqında material dərc edib. APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, materialda Azərbaycanın coğrafi mövqeyi, ölkədə demoqrafik vəziyyət və dövlət dili barədə məlumatlar verilir. “Reuters” Azərbaycanın enerji ehtiyatlarını başqa təchizatçılar tərəfindən Qərbə göndərilən təbii resursların “qiymətli alternativi” adlandırır. Materialda qeyd edilir ki, 2013-2017-ci illərdə Azərbaycan iqtisadiyyatında orta illik artım göstəricisi 5,1 faiz olacaqdır. Keçən il müvafiq rəqəm 2,2 faiz olub. Adambaşına ÜDM 2003-cü ildə 850 dollara qarşı 2012-ci ildə 7850 dollara çatıb.

Materialda Dağlıq Qarabağ problemindən də bəhs edilir. “Reuters” yazır ki, erməni separatçılar “Ermənistanın köməyi ilə” Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal edib, nəticədə 30 min nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR