İranda azərbaycanlı fəal həbs edilib - FOTO

İranda azərbaycanlı fəal həbs edilib - <span style="color: red;">FOTO
# 26 dekabr 2013 09:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda azərbaycanlı fəal həbs edilib. APA-nın HRAZ-a istinadən məlumatına görə, Hüseyn Əlizadə dekabrın 25-də günorta saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən iş yerində tutulub.

Xəbərdə həmçinin ETTELAAT əməkdaşlarının azərbaycanlı fəalın evinə də gedərək axtarış apardığı, H.Əlizadəyə məxsus bir sıra şəxsi əşyaları, o cümlədən kompüterini müsadirə etdikləri bildirilir. Hazırda azərbaycanlı fəalın harada saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur. H.Əlizadənin həbsinin 1945-ci il dekabrın 12-də Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Milli Hökumətin ildönümü ilə bağlı keçirilmiş tədbirlərlə əlaqədar olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR