Antonius Bruk: “BMT insan hüquqlarının qorunması istiqamətində Azərbaycanı dəstəkləməyə hazırdır”

Antonius Bruk: “BMT insan hüquqlarının qorunması istiqamətində Azərbaycanı dəstəkləməyə hazırdır”
# 10 dekabr 2013 08:45 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Azərbaycanın 2020: Gələcəyə baxış” konsepsiyası insan hüquqları ilə bağlı konsepsiyanın roluna cavab verir. Biz BMT olaraq buna çox şadıq".

APA-nın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk insan haqları ilə bağlı keçirilən konfransda deyib.

A.Bruk qeyd edib ki, BMT olaraq insan hüquqlarının qorunması istiqamətində Azərbaycanı dəstəkləməyə və ölkəmizdə bu istiqamətdə monitorinqlərin aparılmasına yardım etməyə hazırdır: “Bundan başqa, bu istiqamətdə yeni təkliflərin hazırlanmasında da yardımçı ola bilərik”.

A.Bruk deyib ki, insan hüquqlarının pozulması halları ölkənin müxtəlif yerlərində baş verə bilər: “Ona görə də ölkədə mühafizə sistemi və vətəndaş cəmiyyətinin potensialının artırılmasına kömək etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR