Ukraynada müxalifətçi deputatlar parlamentin işini iflic ediblər

Ukraynada müxalifətçi deputatlar parlamentin işini iflic ediblər
# 04 dekabr 2013 09:57 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, “Batkivşina” və UDAR fraksiyalarından olan deputatlar parlamentin kürsüsünü mühasirəyə alıblar və Rəyasət Heyətinin, eləcə də hökumət üzvlərinin oturduğu yerləri tutublar. Parlamentin sədri Vladimir Rıbak iclası açıb və dərhal bağlayıb.

“Batkivşina”nın lideri Arseni Yasenyuk bildirib ki, Nazirlər Kabineti istefaya göndərilənə qədər parlament işə başlaya bilməyəcək: “Biz çox aydın söyləmişdik ki, parlament hökuməti istefaya göndərməsə, işləyə bilməyəcək. Dünən Regionlar Partiyası və onlardan pul alan kommunistlər hökumətin istefasına səs vermədilər. Hökumət istefaya göndərilməsə, parlament çalışa bilməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR