Goranboyda banklara borcu olan şəxs özünü qatarın altına atıb - VİDEO

Goranboyda banklara borcu olan şəxs özünü qatarın altına atıb - <span style="color: red;">VİDEO
# 25 iyun 2014 06:51 (UTC +04:00)

Goranboy rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Ağamalıoğlu kəndi ərazisində baş verib. Goranboy rayon sakini, 1975-ci il təvəllüdlü Faiq Musayev sözü gedən kəndin ərazisində intihar məqsədi ilə özünü qatarın altına atıb. Ağır bədən xəsarətləri alan F. Musayev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Prokurorluqdan bildirilib ki, ilkin araşdırma zamanı F. Musayevin banklara xeyli miqdarda borcunun olduğu və bu səbəbdən intihara cəhd etdiyi məlum olub.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR