Rusiya prezidenti: “İnsanların şüurunda Krım həmişə Rusiyanın ayrılmaz hissəsi olub” - VİDEO

Rusiya prezidenti: “İnsanların şüurunda Krım həmişə Rusiyanın ayrılmaz hissəsi olub” - <span style="color: red;">VİDEO
# 18 mart 2014 12:38 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Rusiya Federasiya Şurasına müraciətində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə, 1917-ci ildən sonra bolşeviklər Rusiyanın cənubundakı ərazilərin xeyli hissəsini Ukrayna SSR-nin tərkibinə daxil ediblər.

“Bu, yerli sakinlərin milli tərkibi nəzərə alınmadan edilib. Müvafiq qərarı SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşov verib. Bizim üçün vacib odur ki, bu, o vaxtkı qanunların pozulması idi. O vaxt Krımdakı insanları fakt qarşısında qoydular”.

Putin həmçinin Krım tatarları ilə bağlı məsələyə toxunub. O qeyd edib ki, tarixboyu onlara qarşı ədalətsiz davranıblar. “Düşünürəm ki, Krımda 3 rəsmi dil – rus, Ukrayna və Krım-tatar dili olsa, bu daha məqsədəuyğun olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR