MDB ölkələri liderlərinin sammitində Türkmənistan prezidenti iştirak etməyəcək

MDB ölkələri liderlərinin sammitində Türkmənistan prezidenti iştirak etməyəcək
# 23 oktyabr 2013 08:33 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Oktyabrın 25-də MDB Dövlət Başçıları Şurası Minsk (Belarus) şəhərində birlik üzvü olan ölkələrdə cinayətkarlığa qarşı mübarizə, iqtisadi əlaqələrin genişləndirilməsi və Faşizm üzərində qələbənin 70 illik yubileyinin qeyd olunması məsələlərini müzakirə edəcəklər.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, Minskə Türkmənistandan başqa bütün MDB ölkələrinin liderlərinin gəlməsi gözlənilir. Türkmənistan sammitdə baş nazirin müavini səviyyəsində təmsil olunacaq.

Y.Uşakov qeyd edib ki, Rusiyanın təşəbbüsü ilə Korrupsiyaya Qarşı Dövlətlərarası Şuranın yaradılması haqqında saziş imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR