Misir ordusu dövlət televiziyasını nəzarətə götürüb, prezident Mursi ultimatumu rədd edib

Misir ordusu dövlət televiziyasını nəzarətə götürüb, prezident Mursi ultimatumu rədd edib
# 03 iyul 2013 16:16 (UTC +04:00)

APA-nın “BBC News”a istinadən xəbərinə görə, hərbçilər televiziyada minimum zəruri sayda işçi saxlamaqla jurnalistlərə evlərinə getmək barədə göstəriş veriblər.

Televiziya üzərində nəzarət hərbçilərin Misir prezidenti Məhəmməd Mursiyə verdiyi ultimatumun vaxtının başa çatmasına bir saat qalmış həyata keçirilib. Əgər ölkədəki böhranın həlli üçün kompromis tapılmasa, Misir ordusu vəziyyətə nəzarəti öz əlinə alacağını bəyan edib.

Son məlumata görə, prezident Mursinin “Müsəlman qardaşları” hərəkatı ultimatumun başa çatmasına bir saat qalmış hərbçilərin böhranla bağlı müzakirələr aparmaq təklifini rədd edib. Prezident gələcək nəsillər üçün gülüş hədəfi olmaqdansa, Konstitusiyanı və öz legitimliyini qoruyaraq ölməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR