Bakı sakinini ailə üzvlərini öldürməklə hədələyərək külli miqdarda pul tələb edən şəxslər tutulub

Bakı sakinini ailə üzvlərini öldürməklə hədələyərək külli miqdarda pul tələb edən şəxslər tutulub
# 25 yanvar 2014 11:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı sakinindən külli miqdarda pul tələb edən şəxslər yaxalanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əjdər Talıbov və İsmət Məmmədov həmyerliləri Mirzə Mirzəyevi və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib, 200.000 manat pul tələb etdikləri üçün saxlanılıblar.


Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR