Milli Ordunun əsgər və zabitləri üçün “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib - VİDEO

Milli Ordunun əsgər və zabitləri üçün “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib - <span style="color: red;">VİDEO
# 03 oktyabr 2013 13:56 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Müdafiə Nazirliyi ilə birlikdə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı maarifləndirmə layihəsi çərçivəsində Müdafiə Nazirliyinin nəzdində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin klub binasında tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə Milli Ordunun əsgər və zabitləri milli-mənəvi dəyərlərin qorunub saxlanması, ailə mədəniyyətinin, nəsillər arası münasibətlərin qorunması, ailə ekologiyası, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin əhəmiyyəti, hüquqi maarifləndirmə, nikah müqaviləsinin əhəmiyyəti, gənclərin psixoloji durumuna təsir edən mövzularda məlumatlandırılıblar.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, əməkdar həkim Nadir İsmayılov iştirak edib.

A.Sofiyeva çıxışı zamanı bildirib ki, Azərbaycanda psixoloq institutlarının yaradılmasına ehtiyac var, xüsusilə də ailə psixoloqlarının yetişdirilməsi vacibdir.

Tədbirin sonunda N.İsmayılov iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR