Bu gün Tehranda İran-İsveçrə-Suriya üçtərəfli görüşü keçiriləcək

Bu gün Tehranda İran-İsveçrə-Suriya üçtərəfli görüşü keçiriləcək
# 04 fevral 2014 09:14 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün Tehranda Suriya böhranı ilə bağlı İran-İsveçrə-Suriya üçtərəfli görüşü keçiriləcək.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan bildirib.

Onun sözlərinə görə, belə bir toplantının təşkilində məqsəd Suriyaya humanitar yardımların göndərilməsinin asanlaşdırılması və lazımi mexanizmləri hazırlanmasıdır.

Qeyd edək ki, görüşdə H.Ə.Abdullahiyan İran, Manuel Besler İsveçrə, Hesam Ala isə Suriya nümayəndə heyətinə rəhbərlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR