Məşhur xoreoqraf və rejissor Sergey Qrisay Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dəvət olunub - FOTO

Məşhur xoreoqraf və rejissor Sergey Qrisay Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dəvət olunub - <span style="color: red;">FOTO
# 18 iyun 2014 13:38 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Rusiyanın Dövlət Mükafatı laureatı, məşhur xoreoqraf və rejissor Sergey Qrisay U. Şekspirin “III Riçard” pyesi əsasında hazırlanan eyniadlı tamaşada döyüşlərin və rəqslərin qurulması üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dəvət olunub.

Teatrdan APA-ya verilən məlumata görə, U. Şekspirin anadan olmasının 450 illik yubileyi çərçivəsində hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Rusiya Akademik Gənclər Teatrının baş rəssamı Stanislav Benediktov, xoreoqrafı Sergey Qrisay, bəstəkarı Firudin Allahverdidir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Şövqi Hüseynov, Elşən Rüstəmov, Nofəl Vəliyev, Seyidşah Məmmədov, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

Teatrdan əlavə ediblər ki, bu, S. Qrisayın teatrla ikinci işbirliyidir. İki il öncə rusiyalı xoreoqraf Dövlət Gənc Tamaşaçılar Teatrında U. Şekspirin “Romeo və Cülyetta” tamaşasında döyüşlərin və rəqslərin quruluşunu vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR