Ukraynanın məşhur oliqarxı: “Separatçılığa imkan verməyəcəyik”

Ukraynanın məşhur oliqarxı: “Separatçılığa imkan verməyəcəyik”
# 22 fevral 2014 09:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, Ukraynanın cənub-şərqində onlarla sənaye müəssisəsinin və “1+1” telekanalının sahibi olan İ. Kolomoyski bildirib ki, ölkədə separatçılıq baş tutmayacaq: “Mənim doğma Dnepropetrovsk vilayətimdə separatçılıq keçməyəcək. Heç bir cənub-şərq regionunda separatçılıq baş tutmayacaq. Mən istəyirəm ki, bütün siyasətçilər vəziyyəti ayıq qiymətləndirsinlər və öz mövqelərini Konstitusiyanı, Cinayət-Prosessual Məcəlləni nəzərə alaraq formalaşdırsınlar. Ukraynanın birliyinə qarşı getməyə cəhd edənlər mütləq uduzacaq”.

İ. Kolomoyski Xarkov meri Gennadi Kernesə xəbərdarlıq edib: “Ukrayna heç vaxt işğalçı müharibələr aparmayıb və öz torpağının bir qarışını da kimsəyə verməyəcək. Cənab Kernes, əgər siz milyonlarla insanın taleyi ilə oynamağa başlasanız, şəxsən öz taleyinizi daha da mürəkkəbləşdirəcəksiniz. Bu haqda düşünün!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR