Dilçilik İnstitutu: Alınma sözlərin Azərbaycan dili tərəfindən mənimsəmə prinsipləri və qaydaları hazırlanmalıdır

Dilçilik İnstitutu: Alınma sözlərin Azərbaycan dili tərəfindən mənimsəmə prinsipləri və qaydaları hazırlanmalıdır
# 28 oktyabr 2013 12:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Müxtəlif dillərdən alınma sözlərin Azərbaycan dili tərəfindən mənimsəmə prinsipləri və qaydaları hazırlanmalıdır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli deyib. O bildirib ki, alınma sözlərsiz hər hansı dil yaşaya bilməz. F.Veysəllinin sözlərinə görə, alınma sözləri dil mənimsəməyi bacardığı halda qəbul edir: “Dilin gücü ondadır ki, alınma sözləri götürür və onları mənimsəyir. Azərbaycanda da bu mənimsəmə prinsiplərini və qaydalarını işləyib hazırlamalıyıq. Onda biz deyə bilərik ki, doğrudan bu dil alınma sözlərlə davranmağı bacarır. Kor-koranə şəkildə başqa dillərdən sözləri, xüsusilə adları götürüb qəbul etmək düzgün deyil. Onlar mütləq Azərbaycan dilinin sistem və struktur xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır”.

F.Veysəlli institut tərəfindən aparılan monitorinqlər barədə də məlumat verib. O bildirib ki, müxtəlif bölmələr üzrə monitorinqlər keçirilir və bu proses gələcəkdə də davam edəcək: “Artıq televiziya və radiolarda monitorinqlər aparılıb və konkret nəticələr əldə olunub. Lakin işlər tam yekunlaşandan sonra onları ümumiləşdirib KİV nümayəndələri ilə monitorinqlərin nəticələri müzakirə ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR