İranla Azərbaycan arasındakı sərhəd-buraxılış məntəqələrində yenidən problem yaranıb - FOTO - VİDEO

İranla Azərbaycan arasındakı sərhəd-buraxılış məntəqələrində yenidən problem yaranıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 noyabr 2013 17:47 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Bu gün səhər saatlarından İranla Azərbaycan arasındakı Biləsuvar sərhəd-buraxılış məntəqəsində yenidən problem yaranıb.

APA-nın cənub bürosunun məlumatına görə, dünən axşam saatlarında Azərbaycana məxsus ağır tonajlı yük maşınları İrana məxsus sərhəd-keçid məntəqəsindən geriyə qaytarılıb.

İran tərəfi bunu maşınlardakı yükün 30 tondan yuxarı olması ilə əlaqələndirib.

Hazırda Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsindəki ərazidə 100-dən çox yük maşını dayanıb. Onların əksəriyyətində un, digər ərzaq məhsulları, yanacaq materialları (benzin, maye qaz, propan) var.

Sürücülərin sözlərinə görə, İran gömrükçüləri yük çəkimində yeni qayda tətbiq ediblər. Onlar maşınla bir yerdə çəkisi 30 tondan artıq olan yükü qəbul etmirlər.

Lakin İrana məxsus maşınlar 45-50 tonluq yüklə də sərbəst və maneəsiz hər iki gömrük məntəqəsindən keçir.

Məlumata görə, Culfa sərhəd-keçid məntəqəsində də analoji vəziyyət yaranıb.

Srağagündən İran tərəfinə keçmiş yük maşınları oradakı gömrük-keçid məntəqəsində saxlanılıb. Hazırda İrandan Muxtar Respublikaya keçmək üçün 150-dək yük maşını növbədə gözləyir.

Qeyd edək ki, sərhəd-keçid məntəqlərində piyadaların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR