Ukraynanın baş naziri: Ukrayna Avropa Birliyi ilə Assosiativ sazişin imzalanması üçün prosedurların əksəriyyətini yekunlaşdırıb

Ukraynanın baş naziri: Ukrayna Avropa Birliyi ilə Assosiativ sazişin imzalanması üçün prosedurların əksəriyyətini yekunlaşdırıb
# 06 noyabr 2013 04:36 (UTC +04:00)

Bakı-APA. Ukrayna Avropa Birliyi ilə assosiativ sazişin imzalanması üçün prosedurların əksəriyyətini artıq yekunlaşdırıb və Vilnüsdə keçiriləcək sammitdə müsbət nəticənin əldə olunacağına tam ümid etmək olar. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Nikolay Azarov bəyan edib.

“Avropa Birliyi ilə Assosiativ sazişin imzalanması ilə bağlı bizə bir sıra tələblər və şərtlər irəli sürülüb. Bunların əksəriyyəti artıq reallaşdırılıb. Sammitin uğurlu keçəcəyinə ümid etmək üçün bütün əsaslar var”, deyə o ötən gün Kiyevdə baş tutan Ümumdünya İqtisadi Forumun regional iclasında çıxışı zamanı qeyd edib.

Ukraynanın baş naziri qeyd edib ki, son iki il ərzində Ukrayna və AB rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində azad ticarət zonasının yaradılmasını, vizasız rejimi və AB ölkələri ilə siyasi assosiasiyanı nəzərdə tutan möhtəşəm bir sənədin paraflanmasına gətirib çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR