Əbülfəs Qarayev Argentina, Yunanıstan və İtaliya səfirlərini qəbul edib

Əbülfəs Qarayev Argentina, Yunanıstan və İtaliya səfirlərini qəbul edib
# 17 sentyabr 2013 16:02 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfiri Karlos Dante Riva ilə görüş keçirib. Nazirlikdən APA-ya verilən məlumata görə, nazir son illər Argentina və Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafını diqqətə çatdırıb və siyasi, iqtisadi, ticarət və bir sıra müxtəlif istiqamətlərdə qurulmuş əlaqələrin mədəniyyət və turizm sahəsinə də nüfuz edəcəyinə ümid etdiyini bildirib.

Səfir Azərbaycanın mədəniyyət və turizm sahəsində əldə etdiyi uğurlardan xəbərdar olduğunu bildirib, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha da gücləndiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Əbülfəs Qarayev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Dimitrios Tsounqas ilə də görüşüb. Nazir Azərbaycan Yunanıstan əlaqələrinin göstəricisi olaraq iqtisadiyyat və enerji sahəsində həyata keçirilən bir sıra layihələri qeyd etməklə yanaşı, ölkələrimiz arasında gələcəkdə mədəniyyət və turizm sahəsində geniş əməkdaşlıq potensialının mövcudluğunu vurğulayıb.

Bu gün Əbülfəs Qarayevin İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Ciampaolo Kutillo ilə də görüşü baş tutub. Nazir qeyd edib ki, son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə dünya mədəniyyətinin beşiklərindən biri sayılan İtaliyada təşkil olunmuş çoxsaylı mədəni tədbirlər qədim və zəngin tarixə malik Azərbaycan mədəniyyətinin İtaliyada tanınmasında əvəzolunmaz rol oynayır. Turizm sahəsinə də böyük ümidlərin bəsləndiyini qeyd edən nazir İtaliya şirkətlərinin Azərbaycanda turizmə cəlb olunması üçün bu sahədə turizm şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xüsusi tələbat olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR